Harri Keyn “Qızıl top” şansını dəyərləndirdi: “Ötən mövsüm karyeramda ən yaxşı ilim oldu”

25 Sentyabr 2026 20:32
92
Harri Keyn “Qızıl top” şansını dəyərləndirdi: “Ötən mövsüm karyeramda ən yaxşı ilim oldu”

“Bavariya” və İngiltərə millisinin futbolçusu Harri Keyn 2026-cı il “Qızıl top” mükafatını qazanmaq şanslarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, ingiltərəli forvard hazırkı məqamda bu mükafatı qazanmaq üçün ən yaxşı şansa sahib olduğunu düşündüyünü deyib.

“Hazırkı məqamda ən yaxşı şansdır. Bunun gələcəkdə baş verib-verməyəcəyini gözləyib görməliyik. Düzünü deyə bilərəm ki, ötən il həm fərdi, həm də komanda baxımından mənim ən yaxşı ilim oldu.

“Qızıl top”u almaqdan son dərəcə fəxr edərdim. Ötən il fəxr etdiyim çoxlu möhtəşəm işlər görə bildim. İndi hər şey digər insanlardan və onların fikrindən asılıdır. Mən diqqətimi milliyə qələbə qazanmaqda kömək etməyə yönəltmişəm”, – deyə Keyn bildirib.

Qeyd edək ki, Keyn ötən mövsüm klub və milli komanda səviyyəsində 65 oyunda 73 qol vurub.

İdman.Biz