Saviola Messi və Yamalı müqayisə etmədi: “Laminin hər şeyi hələ qabaqdadır”

25 Sentyabr 2026 21:31
75
Saviola Messi və Yamalı müqayisə etmədi: “Laminin hər şeyi hələ qabaqdadır”

Argentina millisinin sabiq futbolçusu Xavyer Saviola Lionel Messi və Lamin Yamal barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Saviola Messi ilə Yamal arasında müqayisə aparmağın düzgün olmadığını bildirib.

“Messini ilk dəfə görəndə əvvəllər heç vaxt şahidi olmadığım bir şeylə qarşılaşdım: bu, onun oyun sürəti, driblinqi, topu tələb etdiyi xarakteri və inanılmaz intellekti idi.

Yamal hələ yolun başlanğıcındadır və biz onun üzərinə çox böyük təzyiq qoymamalıyıq. Lakin o, dünyanın ən yaxşılarından birinə çevrilmək üçün doğru istiqamətdə irəliləyir. Onlar fərqli oyunçulardır, gəlin müqayisə etməyək. Messi artıq tarixdə iz qoyub, Laminin isə hər şeyi hələ qabaqdadır. Onun nə dərəcədə uzağa gedəcəyini bilə bilmərik, lakin o, uzun illər boyunca əsas fiqurlardan birinə çevrilə bilər”, – deyə Saviola bildirib.

Qeyd edək ki, həm Lionel Messi, həm də Lamin Yamal 2026-cı il "Qızıl Top" mükafatına namizədlər arasında yer alıb.

İdman.Biz