“Barselona”nın sabiq futbolçusu Samuel Eto’o “Qızıl top” uğrunda mübarizədə Lamin Yamala açıq dəstəyini ifadə edib.
İdman.Biz xəbər verir ki, kamerunlu sabiq hücumçu mükafat üçün səsvermə ərəfəsində sosial şəbəkə hesabında gənc futbolçuya ürəkdən gələn mesaj ünvanlayıb.
“Qəlbimizdəki “Qızıl top” qalibi. Dahi, cəsarətli, istedadlı... Bu “Qızıl top” yarışında sənə uğurlar diləyirəm”, – deyə Eto’o yazıb.
O, həmçinin yekun nəticədən asılı olmayaraq Yamalın azarkeşlərin qəlbində artıq xüsusi yer qazandığını vurğulayıb.
Qeyd edək ki, Yamal ötən il Usman Dembeledən sonra ikinci yeri tutub. “Barselona”nın 19 yaşlı vingeri bu il də mükafatın əsas namizədləri sırasında yer alır.
Yamal “Qızıl top”u qazansa, mükafat tarixinin ən gənc qalibi olacaq. Kilian Mbappe, Harri Keyn və “Barselona”nın yarımmüdafiəçisi Rodri də əsas iddiaçılar arasındadır.
