Dünya çempionundan yeni müqavilə

Xəbərlər
21 Avqust 2024 23:12
319
Dünya çempionundan yeni müqavilə

Argentina yığmasının qapıçısı Emiliano Martines "Aston Villa" ilə yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə Birmingem klubundan açıqlama verilib

Tərəflər arasında yeni razılaşma 2029-cu ilədək nəzərdə tutulub. Martines 2020-ci ildən komandada çıxış edir. O, Premyer Liqada bir mövsümdə ən çox quru oyun keçirən qapıçıdır. Onun hesabında 15 belə matç var.

Qeyd edək ki, Emiliano 2022-ci ildə Argentina yığmasının heyətində dünya çempionu titulunu qazanıb. O, 2 dəfə də Amerika kubokunu qazanıb.

İdman.biz