"Zirə" çox yaxşı komandadır. Nəticələri təhlil etdikdə də bunu görmək mümkündür".
İdman.biz xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas deyib.
Litvalı mütəxəssis Konfrans Liqasında "Zirə" ilə keçiriləcək ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, Azərbaycan təmsilçisinin müsbət tərəfləri barədə fikir bildirib: "İlk mərhələdə "Şerif"lə oyunda penalti seriyasında uduzması onların gücündən xəbər verir. Komanda növbəti mərhələdə Slovakiya təmsilçisi ilə görüşdə çox uğurlu çıxış etdi. "Zirə" "Osiyek"lə Bakıda keçirilən cavab matçında yaxşı oynadı. Rəqib haqqında kifayət qədər məlumat toplamışıq. Komanda müdafiə xəttində çox təşkilatlanmış təsir bağışlayır. Onların ötən mövsümdə Azərbaycan çempionatında oyunlardan da xəbərimiz var. Rəqibimizə qol vurmaq çox çətindir. "Zirə" çoxlarının düşündüyü kimi müdafiə komandası deyil. Futbolçular birəbir mübarizədə çox yaxşı təsir bağışlayırlar".
Valdas Dambrauskas sabah onları çətin oyun gözlədiyini deyib: "Sabah bizi çətin oyun gözləyir. Hər iki komandanın öz planı olacaq. İlk dəqiqələrdən sonra hər hansı dəyişikliklər qaçılmazdır. Həm biz, həm onlar bunu edə bilərik. Oyuna tam hazırıq. Hər iki tərəfin müsbət və mənfi tərəfləri var. İlk görüşdə uğurlu nəticə qazanmaq arzusundayıq".
Qeyd edək ki, "Omoniya" - "Zirə" matçı sabah saat 21:00-da start götürəcək.
İdman.biz