Entso Mareska heyətdəki futbolçu sayı ilə bağlı: "Bu mənim günahım deyil"

Xəbərlər
21 Avqust 2024 22:14
266
Entso Mareska heyətdəki futbolçu sayı ilə bağlı: "Bu mənim günahım deyil"

"Çelsi"nin baş məşqçisi Entso Mareska geniş heyətlə bağlı tənqidçilərə cavab verib.

İdman.biz xəbər verir ki, o, cəmi 21 futbolçu ilə işlədiyini deyib.

İtaliyalı mütəxəssis heyətdə oyunçu sayının çox olmasını heç bir əhəmiyyət kəsb etmədiyini bildirib: "Mən 42 deyil, 21 futbolçu ilə işləyirəm. Digərləri ayrı məşq keçir və onları görmürəm. Bu hər hansı problem deyil. Futbolçuların lap 20 il müqaviləsi ola bilər, bu mənim günahım deyil".

Qeyd edək ki, Mareska yayda "Çelsi"nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi ilə ilk oyunda "Mançester Siti"yə 0:2 hesabı ilə uduzub. Hazırda London klubunun heyətində 41 futbolçu olduğu bildirilir

İdman.biz