"Dinamo"nu şanslı hesab edirəm, amma "Qarabağ" da yaxşı komandadır.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının keçmiş baş məşqçisi Nikola Yurçeviç deyib.
Vaxtilə Zaqreb klubuna başçılıq edən xorvatiyalı mütəxəssis "Dinamo" ilə "Qarabağ"ı müqayəsi edib: "Onlar "Dinamo" kimi ölkədə dominantlıq edirlər. "Qarabağ" Azərbaycan futbolunun simvoludur və Avropada yaxşı nəticələr qazanıb. Komanda Avropa Liqasında Leverkuzendə nə qədər güclü olduğunu sübuta yetirdi, son saniyələrdə mübarizəni dayandırdı. Klubun əla skaut sistemi var, yaxşı legionerlər gətirirlər. Beynəlxalq oyunlarda 2-3 azərbaycanlı və müxtəlif ölkələrdən əcnəbilər oynayır. "Riyeka"nın heyətində Xorvatiya çempionu olan monteneqrolu Marko Veşoviç orada çıxış edir".
Yurçeviç Qurban Qurbanovun Xosep Qvardiolanın pərəstişkarı olduğunu bildirib: "Baş məşqçi onlar üçün böyük qazancdır. Qurbanov Qvardiola və onun tika-takasının fanatıdır. O, bunu imkanlar daxilində "Qarabağ"da tətbiq etməyə çalışır. Onlar çox texnikalı oynayırlar, topa nəzarət etməyi sevirlər".
58 yaşlı mütəxəssis "Dinamo"nun rəqibini dəyərləndirməli olduğunu deyib: "Hər şeydən əvvəl "Dinamo" rəqibi qiymətləndirməlidir. Oyun baxımından, eləcə də adlar və nəticələr nəzərə alınmalıdır. "Qarabağ"ın böyük təcrübəsi var. "Dinamo"nu mərhələ adlamağa daha yaxın hesab edirəm. Amma unutmaq olmaz ki, rəqib komanda ötən mərhələdə evdə uduzduqdan sonra səfərdə "Lüdoqorets"ə 7 qol vurub".
Yurçeviç Abdullah Zubir, Juninyo Olivia və Patrik Andradenin çox təhlükəli futbolçular olduğunu bildirib. Təcrübəli məşqçi Avropa kubokları zamanı "Qarabağ"ın oyunlarında stadionun tam dolduğunu vurğulayıb.
Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ilin fevralından dekabrınadək Azərbaycan millisinə başçılıq edib.
İdman.biz