Militaoya 100 milyonluq təklif

18 Avqust 2024 13:16
453
Militaoya 100 milyonluq təklif

"Real"ın müdafiəçisi Eder Miliato Səudiyyə Ərəbistanından təklif alıb.

İdman.biz xəbər verir ki, Madrid klubu bu keçiddən 100 milyon avro qazana bilər.

Adı açıqlanmayan klub braziliyalı müdafiəçiyə rekord məbləğdə təklif göndərib. Ötən mövsümün böyük hissəsini zədə üzündən oynamayan Militao "Real"ın əsas oyunçularından sayılır. Hələlik madridlilər təklifə rəsmi cavab verməyiblər.

Qeyd edək ki, Militao 2019-cu ildən Madrid klubunda çıxış edir.

İdman.biz