Emin Mahmudovun “Neftçi”dəki gələcəyi ilə bağlı yeni iddialar yayılıb.
İdman.Biz-in sportinfo.az-a istinadən verdiyi məlumata görə, paytaxt klubu kapitana 2 illik yeni müqavilə təklif edib.
Bildirilir ki, “Neftçi” 34 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istəsə də, yeni anlaşmada maaşın azaldılması nəzərdə tutulur.
Hazırda komandanın ən çox qazanan futbolçularından olan Mahmudovun aylıq maaşının təxminən 65 min dollar (110 min AZN) olduğu qeyd edilir.
Məlumata görə, baş məşqçi Yuri Vernidub kapitanın komandada qalmasını istəyir və rəhbərliyə təqdim etdiyi hesabatda onun əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir.
