"Sumqayıt" brazliyalı müdafiəçi ilə güclənib

Xəbərlər
15 Avqust 2024 19:41
361
"Sumqayıt" brazliyalı müdafiəçi ilə güclənib

“Sumqayıt” bu gün heyətini daha bir legionerlə gücləndirib.

İdman.biz xəbər verir ki, komanda Alan Diasla müqavilə imzalayıb.

Braziliyalı futbolçu ilə 1+2 illik razılıq əldə olunub. 25 yaşlı müdafiəçi "Sumqayıt"da 5 nömrəli formada çıxış edəcək. Diasın çıxış etdiyi son klub "Lokomotiv" (Sofiya) olub. Alan yanvar ayından klubsuz qalıb.

Qeyd edək ki, Samir Abasovun komandası bundan əvvəl Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.

İdman.biz