Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Qarabağ”da 2 itki – “Dinamo”ya qarşı oynamayacaqlar - İdman və Biz

“Qarabağ”da 2 itki – “Dinamo”ya qarşı oynamayacaqlar

Xəbərlər
15 Avqust 2024 14:15
477
“Qarabağ”da 2 itki – “Dinamo”ya qarşı oynamayacaqlar

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçin son durumuna aydınlıq gəlib.

Bu barədə İdman.bizə Ağdam təmsilçisinin mətbuat katibi məlumat verib.

O bildirib ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanda “Lüdoqorets”lə (7:2) qarşılaşmada zədələnən hər iki futbolçu pley-offda Zaqreb “Dinamo”suna qarşı oynamayacaq: “Veşoviç 2-3, Yankoviç isə 4-6 həftədən sonra meydana geri dönə biləcək. Hər ikisinin əzələsində gərilmə baş verib”.

Qeyd edək ki, “Qarabağ” "Dinamo" ilə ilk matçını səfərdə avqustun 20-də keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz