“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsini yalnız bir itki ilə başa vurmaq təhlükəsi var.
İdman.biz xəbər verir ki, dörd oyun keçirən təmsilçimizin bir futbolçusu cəzalı duruma düşə bilər.
Bu, yarımmüdafiəçi Julio Romaodur. Braziliyalı legionerin hesabında iki sarı vərəqə var.
O, Zaqreb “Dinamo”su ilə Bakıdakı cavab görüşündə də forma geyinmək üçün Xorvatiyadakı qarşılaşmada ehtiyatlı davranmalıdır. Digər oyunçuların isə 3-cü sarı vərəqə almaq və “Dinamo” ilə bir görüşü buraxmaq təhlükəsi yoxdur.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 20-21-də, cavab görüşləri 27-28-də keçiriləcək.
İdman.biz