“Mançester Yunayted” “Napoli”nin futbolçusu futbolçusu Skott Maktomineyi heyətinə qaytarmaq imkanını nəzərdən keçirir.
İdman.Biz “TEAMtalk”a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun İngiltərə klubuna qayıdışı 2027-ci ilin yayında mümkün ola bilər.
Şotlandiyalı oyunçunun “Napoli” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Lakin yeni sözləşmənin imzalanması ilə bağlı danışıqlar dayanıb. İtaliya klubunun rəhbərliyi Maktomineyin maliyyə tələblərini həddindən artıq yüksək hesab edir.
Maktomineyin satılması halında “Napoli” onun üçün təxminən 25-30 milyon avro (50-60 milyon manat) tələb edə bilər. Bu isə “Mançester Yunayted”ə öz yetirməsini “Transfermarkt”ın 40 milyon avro qiymətləndirdiyi bazar dəyərindən daha ucuz məbləğə geri qaytarmaq imkanı verə bilər.
Qeyd edək ki, “Mançester Yunayted” 2024-cü ilin yayında Maktomineyi 30,5 milyon avroya “Napoli”yə satıb.
