“Qarabağ”la oyunumuz ağır olacaq”.
İdman.biz xəbər verir ki, bunu “Lüdoqorets”in futbolçusu Deroy Duarte deyib.
Yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la bugünkü matçı barədə fikirlərini açıqlayıb: “Əlbəttə, rəqib çox güclü komandadır. Amma bizim də üstünlüyümüz var ki, evdə oynayırıq. Düşünürəm ki, yenə qalib gəlmək üçün kifayət qədər keyfiyyətlərə malikik. Amma aydındır ki, heç nə asan olmayacaq. Biz bunu bilirik və səylə məşq etmişik. Buna görə də mənim müsbət nəticəyə inamım böyükdür”.
Qeyd edək ki, bu gün keçiriləcək “Lüdoqorets” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
İdman.biz