“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti mümkün rəqibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu, pley-offun püşkatmasından sonra bəlli olub.
III təsnifat mərhələsinin “Qarabağ” – “Lüdoqorets” cütünün qalibi növbəti mərhələdə Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri Bolqarıstan təmsilçisini keçsə, pley-offa səfərdə başlayacaq.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 20-21-də, cavab görüşləri 27-28-də keçiriləcək.
***
09:23
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
İdman.biz xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkdə Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi bilinəcək. Qurban Qurbanovun yetirmələrinin “Lüdoqorets”lə təşkil etdiyi cüt səpələnməmişlər səbətində yer alacaq.
Çempionlar yolu
Səpələnmişlər
“Dinamo” Z
“Srvena Zvezda”
"Malmö" - PAOK cütünün qalibi
"Midtulland" - "Ferentsvaroş" cütünün qalibi
“Yanq Boyz”
Səpələnməmişlər
"Qarabağ" - "Lüdoqorets" cütünün qalibi
“Qalatasaray”
"Slovan" - APOEL cütünün qalibi
"Yagellonya" - "Bodo Qlimt" cütünün qalibi
"Sparta" - "Styaua" cütünün qalibi
Liqa yolu
Səpələnmişlər
"Dinamo" K - “Reyncers” cütünün qalibi
“Slaviya” - “Union Sent Jiloaz” cütünün qalibi
Səpələnməmişlər
“Lill” - "Fənərbaxça" cütünün qalibi
“Zalsburq” - “Tvente” cütünün qalibi
Qeyd edək ki, pley-offun matçları avqustun 20-21-də və 27-28-də keçiriləcək.
İdman.biz