Rəşad Sadıqov: "Futbolçular oyuna çox yaxşı köklənmişdilər"

Xəbərlər
4 Avqust 2024 22:57
149
Rəşad Sadıqov: "Futbolçular oyuna çox yaxşı köklənmişdilər"

"Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının ilk turunda "Səbail" üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib: "Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Mövsümə başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm".

Rəşad Sadıqov Konfrans Liqasında "Osiyek"lə keçirəcəkləri oyuna da toxunub: "Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. "Osiyek"ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək".

Qeyd edək ki, "Zirə" 2-ci turda "Sabah"la qarşılaşacaq.

İdman.biz