Azərbaycanlı futbolçu Bolqarıstanda "Qarabağ"ın rəqibinə uduzub

Xəbərlər
4 Avqust 2024 01:48
270
Azərbaycanlı futbolçu Bolqarıstanda "Qarabağ"ın rəqibinə uduzub

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Arda" səfərdə "Lüdoqorets"in qonağı olub.

3-cü tur çərçivəsində keçirilən qarşılaşma Bolqarıstan çempionunun böyükhesablı qələbəsi ilə yekunlaşıb. Cəlalın komandası 1:5 hesabı ilə uduzub. Start heyətində yer alan Hüseynov 37-ci dəqiqədə sarı vərəqə ilə cəzlandırılıb.

"Arda" 3 turda 2-ci dəfə məğlub olub. "Lüdoqorets" isə keçirdiyi 2-ci oyunu da qələbə ilə başa vurub.

Qeyd edək ki, "Lüdoqorets" Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq.

İdman.biz