Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib.
PFL-dən İdman.bizə verilən məlumata görə, buna “Sabah”ın müraciəti və “Şamaxı”nın razılığı səbəb olub.
Nəticədə "Şamaxı" - "Sabah" oyunu ilə XVIII turun "Sabah" - "Şamaxı" matçının yeri dəyişdirilib. Avqustun 4-də keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
Qeyd edək ki, bu, Bakı klubunun Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədi ilə edilib. “Sabah” növbəti qarşılaşmada "Sent-Patriks Atletik" (İrlandiya) ilə üz-üzə gələcək.
İdman.biz
