Kriştianu Ronaldodan tarixi rekord

Xəbərlər
28 Sentyabr 2023 10:17
104
Kriştianu Ronaldodan tarixi rekord

Portuqaliyalı ulduz Kriştianu Ronaldo dünya tarixinə düşüb.

İdman.biz Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Əl-Nəsr”in futbolçusu məğlubiyyətsiz oyunlar sayına görə yeni rekord müəyyənləşdirib.

O, 1000-ci dəfə meydanı uduzmadan tərk edib. Bu, Asiya Çempionlar Liqasının qrup mərhələsinin I turunda İran "Persepolis"ni məğlub etdiyi matçda rəsmiləşib. Portuqaliyalının karyerasında 776 qələbə və 224 heç-heçə var.

Qeyd edək ki, Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə səkkiz matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ilə yadda qalıb.

İdman.biz