“Neftçi”ni “Əl-Oruba”ya qarşı keçirəcəyi yoxlama oyunu ləğv olunub.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Səudiyyə Ərəbistanı klubunun matçdan imtina etməsidir. Əvəzində, “ağ-qaralar” ikitərəfli oyun keçirəcək.
Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Erzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış Bakı təmsilçisi toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.
İdman.biz