“Sumqayıt”ın rəqibində millinin futbolçusu

18 İyul 2024 14:44
466
“Sumqayıt”ın rəqibində millinin futbolçusu

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan “Fehervar” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, macarlar hücumçu Matyaş Kovaçı heyətinə qatıb.

21 yaşlı futbolçu “MTK Budapeş”dən icarə əsasında 1 il müddətinə yeni klubuna qoşulub.

Qeyd edək ki, Kovaç Macarıstanın U-21 millisinin futbolçusudur. O, yığma komandada meydana çıxdığı 15 matçda 4 qolla yadda qalıb.

İdman.biz