Respublika Stadionu qış mövsümünə hazırlaşır

Xəbərlər
25 Sentyabr 2023 17:51
123
Respublika Stadionu qış mövsümünə hazırlaşır

Tofiq Bəhramov adına Respublika Stadionunu qış mövsümünə hazırlıq işləri üçün futbol oyunlara ara verəcək.

Bu barədə idman.biz saytına stadionun direktoru Tələt Məmmədov açıqlama verib.

O, arenanın ot örtüyünün qış mövsümünə hazırlığı ilə əlaqədar arenada 20-25 gün ərzində oyunlar keçirilməyəcəyini bildirib.

Qeyd edək ki, VIII turunda baş tutacaq "Qarabağ" - "Sumqayıt" matçının da bu səbəbdən yeri "Azərsun Arena"ya dəyişdirilib.

Ağa Dadaşzadə

İdman.biz