Mbappedən 60 min avro alan Fransa millisinin əməkdaşı istintaqa cəlb edildi

19 Sentyabr 2026 17:40
93
Mbappedən 60 min avro alan Fransa millisinin əməkdaşı istintaqa cəlb edildi

Fransa millisinin logistika və təhlükəsizlik üzrə məsul şəxsi Mohamed Sanhadji korrupsiya və digər hüquqpozmalarda şübhəli bilinərək istintaqa cəlb edilib.

İdman.Biz "Lequipe"yə istinadla xəbər verir ki, araşdırmanın əsas epizodlarından biri Kilian Mbappenin Sanhadjiyə etdiyi 60 300 avroluq ödənişdir.

Araşdırma 2023-cü ildə başlayıb. Mbappe bu məbləği 2022-ci il dünya çempionatından sonra Sanhadjiyə həmin turnirdəki fəaliyyətinə görə təşəkkür məqsədilə verdiyini bildirib. Lakin ödənişlə bağlı şübhələr araşdırmanın başlanmasına səbəb olub.

Sanhadji korrupsiya, nüfuz alveri, dövlət vəsaitlərinin mənimsənilməsi, dələduzluq və digər əməllərlə bağlı istintaqa cəlb edilib.

O, həbs olunmayıb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Sanhadjiyə Fransa millisinin üzvləri və Fransa Futbol Federasiyasının əməkdaşları ilə əlaqə saxlamaq, həmçinin bir sıra idman obyektlərinə getmək qadağan edilib.

İdman.Biz