Çeferin vədinə əməl etmir

Xəbərlər
16 İyul 2024 09:50
183
Çeferin vədinə əməl etmir

UEFA-nın prezidenti Aleksander Çeferin növbəti seçkilərdə də namizədliyini irəli sürə bilər.

İdman.biz xəbər verir ki, sloveniyalı funksioner 2027-ci ildəki seçkilərə qatılmayacağını söz versə də, vədinə əməl etməmək variantını nəzərdən keçirir.

Çeferin bununla bağlı UEFA-ya üzv olan assosiasiyaların nümayəndələri ilə görüşlər də keçirməyə başlayıb. Qitənin 20 ölkəsi onu dəstəkləyir və postunda qalmasını istəyir.

56 yaşlı funksioner özünə xələf görmədiyi üçün fikrini dəyişməyə məcbur olub. Çünki namizədliyini vermək istəyini açıqlayan da olmayıb.

Qeyd edək ki, Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir.

İdman.biz