Yarımfinalda dava, futbolçular ailələrini belə QORUYUBLAR – VİDEO

Xəbərlər
11 İyul 2024 09:42
806
Yarımfinalda dava, futbolçular ailələrini belə QORUYUBLAR – VİDEO

ABŞ-da keçirilən Amerika kubokunun yarımfinalında Kolumbiya - Uruqvay görüşündən sonra xoşagəlməz hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, Darvin Nunesin başçılıq etdiyi Uruqvay millisinin bir neçə futbolçusu kolumbiyalı azarkeşlərlə dava ediblər.

Hadisə futbolçuların ailələrinin, o cümlədən uşaqların stadionda olduğu yerdə baş verdiyi üçün buna müdaxilə etməli olublar. Xüsusilə “Liverpul”un hücumçusu Nunes, “Barselona”nın müdafiəçisi Ronald Araujo və “Atletiko”nun müdafiəçisi Xose Mariya Ximenes diqqət mərkəzinə düşüblər.

Ardınca hər iki komandanın azarkeşləri də toqquşublar, bir-birinə müxtəlif əşyalar atıblar. Münaqişədə Darvin fəallığı ilə seçilib. O qorxmadan rəqib azarkeşlərinin üzərinə şığıyıb. Təhlükəsizlik işçilərinin gecikmiş müdaxiləsi futbolçuların onları izləyən ailə üzvləri ilə birlikdə meydana qayıtmasına səbəb olub.

Hadisədən sonra Uruqvay millisinin kapitanı Ximenes bildirib ki, onlar ailələrinin təhlükəsizliyindən qorxaraq, müdafiə məcburiyyətində qaldıqları üçün bu addımı atıblar.

Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn Kolumbiya finalda Argentina ilə qarşılaşacaq. Oyun iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq.

İdman.biz

Məqalədə: