Türkiyəli futbolçu "Səbail"də

Xəbərlər
10 İyul 2024 20:07
233
Türkiyəli futbolçu "Səbail"də

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, paytaxt klubu Mert Çeliklə 1 illik müqavilə bağlayıb.

24 yaşlı futbolçu son mövsümü icarə əsasında 1-ci liqa təmsilçisi “Bandırmaspor”da keçirib. O, müqavilə ilə “Başakşehir”ə məxsus olub. Çelik "Səbail"də 20 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Çelik 2020-2023-cü illərdə “Neftçi”nin formasının geyinib. Türkiyəli oyunçu gənclərdən ibarət və əsas yığmalarımızın heyətinə də cəlb olunub.

İdman.biz