"Səbail"dən 3-cü əcnəbi transfer

Xəbərlər
9 İyul 2024 18:42
120
"Səbail"dən 3-cü əcnəbi transfer

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, komanda Qorka Laruçça ilə 1 illik müqavilə imzalayıb.

İspaniyalı futbolçunun çıxış etdiyi son klub Bolqarıstan “Etar”ı olub. 31 yaşlı dayaq yarımmüdafiəçisi komandada 8 nömrəli formada çıxış edəcək. Laruçça 2023/2024 mövsümünün birinci hissəsini Buxarest "Dinamo"sunda keçirib. O, "Dinamo"da 16, fevralda qoşulduğu "Etar"da isə 14 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Səbail" bundan əvvəl ukraynalı Dmitri Litvin və albaniyalı Amir Bilali ilə müqavilə bağlayıb.

İdman.biz