“Qarabağ”ın danışıqlar apardığı Kadi seçimini edib

Xəbərlər
8 İyul 2024 16:57
2 388
“Qarabağ”ın danışıqlar apardığı Kadi seçimini edib

“Qarabağ”ın sabiq futbolçusu Kadi Borqesin karyerasını davam etdirəcəyi klub bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Rusiyanın “Krasnodar” klubunun mətbuat xidməti açıqlayıb.

Şimallılar 28 yaşlı braziliyalı ilə vidalaşıb. “Qarabağ” yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar aparsa da, Kadi Macarıstan variantına üstünlük verib. O, “Ferentsvaroş” klubuna keçib.

Qeyd edək ki, Borqes “Krasnodar”a 2023-cü ilin yanvarında “Qarabağ”dan transfer olunmuşdu.

İdman.biz