Fuente Yamalı təriflədi: “O, bizimlə çox təbii və təvazökar davranır”

30 Sentyabr 2026 03:36
88
Fuente Yamalı təriflədi: “O, bizimlə çox təbii və təvazökar davranır”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasında Xorvatiya üzərində qələbədən sonra Lamin Yamal barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “Barselona”nın vingerini münasibətinə, təvazökarlığına və futbolçu kimi inkişaf etmək istəyinə görə tərifləyib.

“Lamin böyüməyə və necə bir futbolçu olduğunu dünyaya göstərməyə böyük həvəs göstərir. O, bizimlə elə təbii və təvazökar davranır ki, hər gün daha da yaxşılaşır.

O, komandanın xidmətindədir və bu, onu daha yaxşı oyunçu edir”, - De la Fuente deyib.

İdman.Biz