Tuxel İngiltərənin qələbəsini şərh etdi: “Bir qədər daha dinamik olmalı idik”

30 Sentyabr 2026 02:48
78
Tuxel İngiltərənin qələbəsini şərh etdi: “Bir qədər daha dinamik olmalı idik”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasında Çexiya üzərində 2:0 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis fasilədən sonra komandasının oyununu yaxşılaşdırdığını bildirib.

“İkinci hissədə çox peşəkar oynadıq. Səviyyəmizi yüksəltdik. Bir qədər daha dinamik olmalı və oyuna daha çox sürət qatmalı idik.

İntensivliyi qoruduq və çox peşəkar çıxış etdik. Səylərimiz davam edirdi və qələbəyə layiq idik. Erkən qırmızı vərəqə almaq bir qədər qəribədir. Bu, nə tamaşaçılar, nə də komandalar üçün ən yaxşı haldır.

Amma vacib qələbə qazandıq və əsas olan da budur”, - Tuxel deyib.

İdman.Biz