LKS Rahil Məmmədovla yollarını ayırıb

Xəbərlər
4 İyul 2024 09:39
247
LKS Rahil Məmmədovla yollarını ayırıb

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun LKS karyerası başa çatıb.

İdman.biz xəbər verir ki, bunu Polşa klubunun mətbuat xidməti açıqlayıb.

29 yaşlı müdafiəçi ilə Lodz təmsilçisi arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Bununla da Rahilin yarım mövsümlük LKS karyerası başa çatıb.

Qeyd edək ki, Məmmədov bu ilin yanvarında “Qarabağ”dan LKS-ə keçib. O, Polşa klubunda 16 matça çıxıb.

İdman.biz

Məqalədə: