Braziliya millisi ciddi itki ilə üzləşib.
İdman.biz xəbər verir ki, Vinisius Junior Amerika kubokunun 1/4 finalını buraxacaq.
Buna vingerin cəzalı duruma düşməsi səbəb olub. Qrup mərhələsinin II turunun Paraqvay (4:1) və III turunun Kolumbiya (1:1) ilə oyunlarında sarı vərəqə alan Vinisius növbəti matçı buraxacaq. O, Uruqvayla görüşdə komandasına kömək etməyəcək.
Qeyd edək ki, Uruqvay – Braziliya oyunu iyulun 6-dan 7-nə keçən gecə baş tutacaq.
İdman.biz