İsveçrə Azərbaycanla oyuna onlarla çıxacaq

Xəbərlər
2 İyul 2024 12:16
629
İsveçrə Azərbaycanla oyuna onlarla çıxacaq

Qadın futbolçulardan ibarət İsveçrə millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi düşərgəyə 25 oyunçu çağırıb.

İsveçrəlilər Türkiyə və millimizə qarşı matçın hazırlıqlarına iyunun 20-də start verib.

Qapıçılar: Nadine Böhi (“Sent Qallen”), Elvira Herzoq (“Leypsiq”, Almaniya), Liviya Peng (“Verder”, Almaniya);

Müdafiəçilər: Larina Baumann (“Sent Qallen”), Luana Bühler (“Tottenhem”, İngiltərə), Viola Kalliqaris (“Yuventus”, İtaliya), Noelle Maritz (“Aston Villa”, İngiltərə), Nadine Riesen (Sent Qallen”), Yulia Stierli (“Sürix”);

Yarımmüdafiəçilər: Noemi İvelj (“Qrashopper”), Lia Kamber (“Lütsern”), Alişa Lehmann (“Yuventus”, İtaliya), Katerina Riqazzoni (“Sürix”), Komba Sov (“Sürix”), Meriam Terçoun (“Lozanna”), Smilla Vallotto (“Hammarbü”, İsveç), Leila Vandeler (“Lion”, Fransa);

Hücumçular: Lidia Andrade (“Leypsiq”, Almaniya), Amira Arfaoui (“Nürnberq”, Almaniya), Ramona Bakmann (“Hyuston”, ABŞ), Ana-Mari Krnoqorçeviç (“Atletiko”, İspaniya), Aurelye Ksillaq (“Bazel”), Naomi Luyet (“Frauen”), Ceraldine Reuteler (“Ayntraxt”, Almaniya), Sidney Şhertenleib (“Qrasshopers”).

Qeyd edək ki, İsveçrə - Azərbaycan qarşılaşması iyulun 16-da keçiriləcək.

İdman.biz