Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb.
İdman.biz xəbər verir ki, onun formasını geydiyi “Dajeon” 20-ci turda “Suvon”u qəbul edib.
25 yaşlı müdafiəçinin 90 dəqiqə meydanda olduğu qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Dajeon” 20 turdan sonra topladığı 18 xalla 12 komanda arasında 11-cidir.
İdman.biz