Azərbaycan millisinin (U-21) futbolçusu Cəlal Hüseynovun şərəfini qoruduğu Bolqarıstanın “Arda” klubu yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, müdafiəçimizin komandası aşağı liqa təmsilçisi “Yantra” ilə üz-üzə gəlib.
Görüşdə hesabı Cəlal açıb. O, 30-cu dəqiqədə rəqib qapısına yol tapıb. Oyun isə “Arda”nın 2:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Hüseynov ötən mövsüm Bolqarıstan klubunun heyətində meydana çıxdığı 26 oyunda 1 qolla yadda qalıb.
İdman.biz