Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
12 iyul
Azərbaycan - Macarıstan
Baş hakim: Jelena Pejkoviç
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karşiç, Gordana Katuşiç
Dördüncü hakim: Jelena Kumer
(Hamısı Xorvatiya)
Liv Bona Dea Arena. Saat 20:00
16 iyul
İsveçrə - Azərbaycan
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
(Hamısı Slovakiya)
Olimpik De La Pontez stadionu. Saat 21:00
Qeyd edək ki, son iki tur ərəfəsində Azərbaycan yığması 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.
İdman.biz