“Xankəndi” futbol klubu baş məşqçi Zaur Hacıyevlə yolların ayrılması və yeni çalışdırıcının təyin olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, klub bir sıra media resurslarında yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Bildirilib ki, Zaur Hacıyevlə yolların ayrılması, həmçinin Röyal Nəcəfov və Kamal Quliyevin komandanın baş məşqçisi postuna namizəd olması barədə məlumatlar klub tərəfindən təsdiqlənməyib.
Klubdan qeyd olunub ki, adıçəkilən şəxslərin baş məşqçi postuna namizədliyi ilə bağlı rəhbərlik tərəfindən hər hansı rəsmi qərar qəbul edilməyib. Bu barədə yayılan məlumatlar “Xankəndi” FK-nın mövqeyi və rəsmi açıqlaması olmadan səsləndirilən iddialardır.
Bildirilib ki, qərar və təyinatlarla bağlı ictimaiyyətə rəsmi məlumat verilməzdən əvvəl müxtəlif şəxslərin namizəd kimi təqdim olunması düzgün informasiya mühiti formalaşdırmır.
