“Siz məni Qani Abazi adlandıra bilərsiniz. Fəxr edirəm ki, yarı alban və yarı italiyalıyam. Futbola gəlincə isə daha çox albanam”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi deyib.
İtaliyalı mütəxəssis əvvəllər fəaliyyət göstərdiyi Albaniya yığmasının AVRO-2024-dəki çıxışı barədə danışıb. De Byazi İtaliya yığması ilə qarşılaşmada albanlara azarkeşlik etdiyini bildirib: “İlk oyun debüt olduğundan bir az çətin alındı. Albaniya ilk imkandan istifadə etsə də, İtaliyaya qarşı istədiyi kimi oynaya bilmədi. Ola bilər təzyiq təsirsiz ötüşmədi. Amma Xorvatiya ilə oyun çox xoşuma gəldi. Birinci hissədə çoxlu qol vəziyyətləri var idi. Sonra 4-yə dəqiqə 2 qol buraxsalar da, son dəqiqədə hesabı bərabərləşdirməyə güc tapdılar”.
Qeyd edək ki, Albaniya yığması ilk dəfə De Byazinin rəhbərliyi ilə AVRO-2016-nın final mərhələsində çıxış edib. O, 2020-2023-cü illərdə Azərbaycan millisinin baş məşqçisi olub.
İdman.biz