İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.
İdman.biz xəbər verir ki, “Torino” baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb.
Baş məşqçiləri ilə birlikdə köməkçiləri də Turin klubundan ayrılıb. 48 yaşlı serbiyalının klubla vidalaşmasının səbəbi bəlli deyil.
Qeyd edək ki, “Torino” ötən mövsüm A seriyasında 9-cu yeri tutub.
İdman.biz