“Makkabi” “Sabah”ı hansı ölkədə qəbul edəcək? - İdman.Bizdə

Xəbərlər
19 İyun 2024 20:37
510
“Makkabi” “Sabah”ı hansı ölkədə qəbul edəcək? - İdman.Bizdə

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində “Makkabi” (Hayfa) ilə qarşılaşacağı məkan bəlli olub.

İdman.biz xəbər verir ki, İsrail klubları Avropa kuboklarında ev oyunlarını Macarıstanda keçirəcək.

İsrail Futbol Federasiyası və Daxili İşlər Nazirliyinin Macarıstana müraciəti müsbət qarşılanıb. Püşkün nəticəsinə görə, “Sabah”la qarşılşacaq Hayfa klubunun ev oyunlarını hansı stadionda keçirəcəyi ilə bağlı əlavə məlumat verəcək.

UEFA 2023-cü ildə baş verən hadisələrdən sonra qurumun bayrağı altında keçirilən yarışların İsraildə təşkilinə icazə vermir.

Qeyd edək ki, “Sabah” ilk oyununu iyulun 25-də səfərdə “Makkabi”yə qarşı keçirəcək. Cavab matçı 1 həftə sonra Bakıda olacaq.

İdman.biz