“Fehervar”ın müdafiəçisi: “Sumqayıt”ı qiymətləndirməmək böyük səhv olar”

Xəbərlər
19 İyun 2024 19:08
187
“Fehervar”ın müdafiəçisi: “Sumqayıt”ı qiymətləndirməmək böyük səhv olar”

“Həyatımda bir dəfə Azərbaycanda olmuşam. 2018-ci ildə U-21 yığması ilə Bakıda 3:3 oynamışdıq”.

İdman.biz xəbər verir ki, bunu “Fehervar”ın müdafiəçisi Gergenyi Bense deyib.

26 yaşlı futbolçu Konfrans Liqasında “Sumqayıt”la püşkə münasibət bildirib. Bense rəqib komandanın heyətində çoxlu legionerlər oyndaığını vurğulayıb: “Azərbaycan klubu haqqında çox az məlumatımız var. Amma komandanın heyətində çoxlu legionerlər olduğunu bilirəm. Məncə, rəqibi qiymətləndirməmək böyük səhv olar. Səbirsizliklə avrokubok oyununu gözləyirəm. “Sumqayıt”la qarşılaşmalar bizim üçüm yaxşı sınaq olacaq”.

Qeyd edək ki, “Fehervar” 2023/2024 mövsmündə Macarıstan çempionatını 4-cü pillədə başa vurub. Komanda 33 oyunda 54 xal toplayıb.

İdman.biz