Samir Abasov: “İşimiz asan olmayacaq”

Xəbərlər
19 İyun 2024 18:19
147
Samir Abasov: “İşimiz asan olmayacaq”

“Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşatmasını dəyərləndirib. Abasov “Fehervar”ın güclü rəqib olduğunu bildirib: “Püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı düşərsə, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk görüşdə öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".

Qeyd edək ki, mərhələnin ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı 1 həftə sonra Macarıstanda olacaq.

İdman.biz