“Neftçi”dən ayrılan Mirzova nə vəd olunub?

Xəbərlər
19 İyun 2024 17:46
150
“Neftçi”dən ayrılan Mirzova nə vəd olunub?

"Neftçi"dən ayrılan Reziuan Mirzovun yeni klubu bəlli olub.

İdman.biz xəbər verir ki, rusiyalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

O, "Ximki"yə azad agent kimi keçəcək. Mirzov 2 illik müqavilə imzalayacaq.

30 yaşlı futbolçu tibbi müayinədən keçib. Klub rəhbərliyi Mirzovu razı salmaq üçün ona vəd ediblər ki, tez-tez baş məşqçi dəyişmək tendensiyasına son qoyulacaq.

Qeyd edək ki, yarımmüdafiəçi 2020-22-ci illərdə də "Ximki"də çıxış edib.

İdman.biz

Məqalədə: