Azərbaycan klublarının Konfrans Liqasındakı rəqibləri bilinib

Xəbərlər
19 İyun 2024 16:25
839
Azərbaycan klublarının Konfrans Liqasındakı rəqibləri bilinib

Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Mövsümə Konfrans Liqasında başlayacaq Azərbaycan təmsilçiləri “Sabah”la “Sumqayıt”ın da rəqibi bəlli olub. Həmçinin Avropa Liqasında oynayacaq “Zirə”nin də mümkün rəqibi bilinib.

Sumqayıtın eyniadlı klubu "Fehervar" (Macarıstan) ilə qarşılaşacaq. Samir Abasovun komandası ilk oyunu evdə keçirəcək.

“Sabah”ın rəqibi "Makkabi" (İsrail, Hayfa) olacaq. Krnoslav Renduliçin yetirmələri mövsümə səfərdə başlayacaqlar.

“Şerif” – “Zirə” cütündə uğursuzluğa düçar olub Konfrans Liqasına yuvarlanacaq komanda "Dunayska Ştreda" (Slovakiya) ilə görüşəcək. Təmsilçimiz bu turnirə düşsə, ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 25-də və avqustun 1-də baş tutacaq.

***

10:56

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

UEFA püşkdən öncə komandaları qruplara bölüb. Azərbaycan təmsilçiləri "Sabah"la "Sumqayıt", həmçinin Avropa Liqasında oynayacaq "Zirə"nin də mümkün rəqiblərinin sayı azalıb.

2-ci qrupda səpələnməmiş olan Sumqayıtın eyniadlı klubunu beş variant gözləyir. "Başakşəhər", "Hapoel" BŞ, "Omoniya", "Fehervar" və "Sankt Qallen" təmsilçimizin rəqibləridir.

"Şerif" – "Zirə" cütünün məğlubu 5-ci qrupda səpələnməmişdir. Bu cütdə uduzan komandanı 5 variant gözləyir: "Vaasa" – "Jalgiris" cütünün qalibi, "Riqa", "Olimpiya", "Dunayska Ştreda", "Banik".

Sonuncu – 9-cu qrupa düşən "Sabah"ın 4 mümkün rəqibi var. Səpələnməmiş olan Bakı təmsilçisi "Makkabi" H, "Astana", AEK L klubları və ya "Marsakloks" – "Partizani" cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 25-də və avqustun 1-də baş tutacaq.

İdman.biz

Məqalədə: