Duranın da oynadığı derbidə “Seltik” “Reyncers”lə bacarmadı - VİDEO

13 Sentyabr 2026 17:09
77
Duranın da oynadığı derbidə “Seltik” “Reyncers”lə bacarmadı - VİDEO

Şotlandiyanın “Reyncers” futbol komandası Liqa Kubokunun 1/4 finalında “Seltik” üzərində inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Aybroks” stadionunda keçirilən Old Firm derbisi meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Seltik”in heyətində Azərbaycan Premyer Liqasının “Qarabağ” komandasından transfer olunan Kamilo Duran da start heyətində meydana çıxıb.

“Reyncers” hesabı 22-ci dəqiqədə Den Nilın qolu ilə açıb. 59-cu dəqiqədə Kevin Kelsi fərqi iki topa çatdırıb. 76-cı dəqiqədə isə Nil dublunu rəsmiləşdirərək qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

“Seltik” cavab qolu vura bilməyib və turnirlə vidalaşıb.

Qeyd edək ki, bu qələbə ilə “Reyncers” Şotlandiya Liqa Kubokunun yarımfinalına yüksəlib.

İdman.Biz