“Şerif”in baş məşqçisi: “Zirə” ən çətinlərdən biri idi”

Xəbərlər
18 İyun 2024 21:16
272
“Şerif”in baş məşqçisi: “Zirə” ən çətinlərdən biri idi”

“Azərbaycan təmsilçisi “Zirə” mümkün rəqiblər arasında ən çətinlərindən biri idi”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin Avropa Liqasındakı rəqibi “Şerif”in baş məşqçisi Yuriy Hura deyib.

Ukraynalı mütəxəssis 1-ci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib: “Avropada zəif rəqib yoxdur. “Zirə” çox yaxşı təşkilatlanmış komandadır. Öz çempionatında az qol vurub, az top buraxır. Rəqib haqqında daha çox məlumat toplamağa çalışacağıq”.

Yuri Hura ilk oyunun Tiraspolda keçirilməsinin böyük əhəmiyyət kəsb etmədiyini bildirib: “İndi səfər qələbəsi rol oynamır. Bu baxımdan ilk görüşün harada olmasının heç bir əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 11-də Tiraspolda olacaq.

İdman.biz