“Düzünü desəm, Xviça ilə bu mövzunu müzakirə etməmişik”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya deyib.
“Kəpəz” və “Şəmkir”in də formasını geyinmiş gürcüstanlı legioner bu gün Avropa çempionatında debüt edəcək oğlunun gələcək kareyrası bağlı maraqlı açıqlamalar verib. O, Xviçanın “Napoli”dən gedəcəyini gizlətməyib: “Xviça artıq gənc deyil, karyerası üçün nəyin yaxşı olacağına özü qərar verəcək. Onun “Napoli”də qalmasını istəmirəm. Keçən il klubda üç məşqçi dəyişdi və belə vəziyyətdə oynamaq həmişə çətindir. Mən və onun agenti Mamuka Djugeli ən yaxşı həll yolunu məsləhət verəcəyik. Oğlum özü qərar verəcək”.
Badri Xviçanın seçimində Çempionlar Liqası amilinin əsas rol oynayacağını deyib: “Napoli” azarkeşlərinin Kvaranın komandada qalmaq niyyətində olduğunu düşünməsini istəmirəm. Biz getmək istəyirik. Amma Xviçanı AVRO-2024-ün sonunu gözləyirik. Prioritet Çempionlar Liqasında çıxış edən komandadır”.
Qeyd edək ki, Gürcüstan Avropa çempionatının ilk matçında Türkiyə ilə üz-üzə gələcək. Matç saat 20:00-da start götürəcək.
İdman.biz