20 yaşlı müdafiəçiyə yeni müqavilə

Xəbərlər
16 İyun 2024 14:26
286
20 yaşlı müdafiəçiyə yeni müqavilə

AVRO-2024-dən kənarda qalan Aleksandar Pavloviç “Bavariya” ilə müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, tərəflər arasında yeni anlaşma 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Münhen klubunun yetirməsi olan müdafiəçi komandada böyük qələbələr qazanmaq arzusunu bildirib: “Bavariya mənim könlümün klubudur. Komandanın bir hisssəsi olduğum üçün çox sevinir və fərəh hissi keçirirəm. Burda böyük uğurlar qazanmaq arzusundayam. AVRO-2024-də gedə bilımədiyim üçün çox təəssüflənmişdim. Amma bu gün müqaviləni yenilədiyim və əhvalım yüksəkdir”.

Qeyd edəki ki, 20 yaşlı futbolçu ötən mövsümdə Bundesliqada 19, Çempionlar Liqasında isə 3 qarşılaşmada meydana çıxıb.

İdman.biz