Lamin Yamal tarixə düşüb

Xəbərlər
15 İyun 2024 20:32
452
Lamin Yamal tarixə düşüb

Lamin Yamal Avropa çempionatları tarixinin ən gənc futbolçusu olub.

İdman.biz xəbər verir ki, o, İspaniya yığmasının Xorvatiya ilə oyununda meydana çıxıb.

B qrupunun bu gün keçirilən ilk görüşündə Yamal start heyətində yer alıb. O, 16 yaş 338 günündə AVRO-2024-də debüt edib.

Qeyd edək ki, Yamal İspaniya yığmasında 7 oyunda 2 qol vurub.

İdman.biz