Ağdamda keçirilən “Zəfər naminə - Birlik Kuboku”nun qalibi müəyyənləşib

5 Noyabr 2026 20:36
17
Ağdamda keçirilən “Zəfər naminə - Birlik Kuboku”nun qalibi müəyyənləşib

Ağdam şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər naminə - Birlik Kuboku” minifutbol turnirinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, iki gün davam edən yarışda Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən səkkiz komanda iştirak edib.

Turnirin finalında “Xocavənd” və “Agro-Lid” MMC komandaları qarşılaşıblar. Həlledici görüşdə 5:2 hesablı qələbə qazanan “Xocavənd” turnirin qalibi olub.

Yarışın sonunda qalib komandaya kubok və hədiyyələr təqdim edilib.

Turnirdə “Ağdam”, “Füzuli”, “Xocavənd”, “Mübariz”, “İmarət”, “Ağdam Təhsil”, “Zəfər Bağları” MMC və “Agro-Lid” MMC komandaları mübarizə aparıblar.

Yarışın əsas məqsədi Zəfər Günü münasibətilə birlik və həmrəyliyi gücləndirmək, müxtəlif müəssisə və təşkilatların əməkdaşları arasında dostluq əlaqələrini möhkəmləndirmək və sağlam həyat tərzini təşviq etmək olub.

İdman.Biz